IMF Qafqaz və Mərkəzi Asiyada iqtisadi dayanıqlılığın əsas şərtlərini elan edib

Energetika
  • 13 noyabr, 2026
  • 09:33
IMF Qafqaz və Mərkəzi Asiyada iqtisadi dayanıqlılığın əsas şərtlərini elan edib

Qafqaz və Mərkəzi Asiya ölkələri inamlı artım və kapital axını ilə şərtlənən əhəmiyyətli iqtisadi dayanıqlıq nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu IMF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli Özbəkistanda Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional iqtisadi icmalının təqdimatına bildirib.

Onun sözlərinə görə, IMF-nin təqdim etdiyi məlumatlar region ölkələrinin əksəriyyətində iqtisadi artımın kifayət qədər yüksək səviyyədə qaldığını göstərir.

"Neft ixracının dinamikası ilə əlaqədar müəyyən ləngimənin müşahidə olunduğu Azərbaycan və Qazaxıstan istisna təşkil edir, neft idxalı isə yüksək səviyyədə - cari ilin birinci yarısının göstəriciləri ilə müqayisə oluna bilən və ya hətta ötən ilin ikinci yarısında qeydə alınmış göstəriciləri üstələyən səviyyədədir. Ermənistanda da iqtisadi artım cüzi yavaşlamaya baxmayaraq, sabit və inamlı olaraq qalır", - R.Kardarelli qeyd edib.

IMF nümayəndəsi regionun dayanıqlığını təmin edən iki əsas amili göstərib. Birinci amil pul köçürmələridir və onların həcmi yüksək səviyyəsini qoruyur. İkinci amil isə regionun bir sıra iqtisadiyyatlarında sabitlik və güc nümayiş etdirən, inflyasiya nəzərə alınmaqla təshih edilmiş real kreditləşmədəki artımdır. Bundan başqa, böyük maliyyə axınları iqtisadiyyatlara dəstək olur.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında silahlı münaqişə başladıqdan sonra regiona əhəmiyyətli həcmdə maliyyə və insan kapitalı yönəlib, həmçinin pul köçürmələrinin məbləği artıb. Ekspert bu meylləri müharibənin müsbət yan təsirləri adlandırıb, eyni zamanda davam edən hərbi əməliyyatlar şəraitində bu cür formulun paradoksallığını vurğulayıb.

44 filmi