IEA: Azərbaycan noyabrda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Energetika
  • 12 dekabr, 2024
  • 10:04
IEA: Azərbaycan noyabrda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 0,48 milyon barel təşkil edib.

"Report" bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici oktyabr ayında qeydə alınmış səviyyə ilə eynidir.

IEA analitiklərinin hesablamalarına görə, noyabrda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,07 milyon barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.