IEA: Azərbaycan fevralda “OPEC+” kvotasından gündəlik 80 min barel geri qalıb

Energetika
  • 13 mart, 2025
  • 13:59
IEA: Azərbaycan fevralda “OPEC+” kvotasından gündəlik 80 min barel geri qalıb

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı 0,47 milyon barel təşkil edib.

"Report" bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Bu göstərici yanvar ayında qeydə alınmış göstəricidən 10 min barel azdır.

IEA analitiklərinin hesablamalarına görə, fevralda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,08 milyon barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.