İran ümumi tutumu 10 milyon barel olan neft anbarı tikəcək

Energetika
  • 01 oktyabr, 2018
  • 01:34
İran ümumi tutumu 10 milyon barel olan neft anbarı tikəcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ İranın PEDEC neft mühəndis-tikinti şirkəti ümumi tutumu 10 milyon barel olan neft anbarının inşası barədə müqavilə imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Shana" agentliyi məlumat yayıb.

Bildirilir ki, İranın NIOC milli neft şirkətinin "törəmələri" üçün əlavə xam neft anbarını yerli şirkət inşa edəcək.