Polis Strasburqda etirazçı tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq edib

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 13:56
Polis Strasburqda etirazçı tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq edib

Strasburq Universitetinin (Fransa) mərkəzi kampusu qarşısında polis ilə etiraz edən yuxarı sinif şagirdləri və tələbələr arasında toqquşmalar davam edir.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Polis onlara qarşı gözyaşardıcı qaz tətbiq edib.