İran Prezidenti: "ABŞ bizim neft ixracını dayandıra bilməz"

Energetika
  • 04 dekabr, 2018
  • 10:51
İran Prezidenti: ABŞ bizim neft ixracını dayandıra bilməz
İran prezidenti Həsən Ruhani

Bakı. 4 dekabr. REPORT.AZ/ “ABŞ İran neftinin ixracını dayandıra bilməyəcək və bizim yanacağımızı satmaqda əngəl yaratsalar, Fars körfəzindən heç kimin neft ixrac edə bilməyəcəyini bilməlidir”.

“Report” İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, ABŞ-ın onların bütün dünya ilə ticarətini əngəlləməyə, regionda təcrid etdirməyə çalışdığını bildirib.

“Lakin bütün qeyd olunan sahələrdə ölkəmizin mövqeləri sabitdir, İran xalqı bu qarşıdurmadan qalib çıxacaq”, – Prezident vurğulayıb.

Xatırladaq ki, bu il noyabrın 5-də İrana qarşı sanksiyalar tətbiq edən ABŞ hökuməti bir qədər sonra bəzi ölkələrin İrandan neft idxal etməsinə razılıq verib.

44 - Tezliklə