İran OPEC sazişi çərçivəsində neft hasilatının azaldılmasını müzakirə etmir

Energetika
  • 29 noyabr, 2016
  • 19:51
İran OPEC sazişi çərçivəsində neft hasilatının azaldılmasını müzakirə etmir

Bakı. 29 noyabr. REPORT.AZ/ İran hazırlanmaqda olan OPEC sazişi çərçivəsində neft hasilatının azaldılmasını müzakirə etmir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə İranın neft naziri Bijan Namdar Zanqane deyib.

"Xeyir, biz bunu müzakirə etmirik", - deyə o bildirib.

Nazir qeyd edib ki, OPEC ölkələri Əlcəzairdə hasilatın azaldılmasına dair əldə olunmuş sazişin reallaşdırılması üzərində işi davam etdirir.