Heydər Əliyev adına NEZ-in podratçısının mənfəəti kəskin azalıb

Energetika
  • 08 dekabr, 2023
  • 07:16
Heydər Əliyev adına NEZ-in podratçısının mənfəəti kəskin azalıb

“Prokon” MMC 2022-ci ili 331 min manat mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 48,8 dəfə azdır.

Bu il yanvarın 1-nə “Prokon”nun aktivləri 109,12 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 16,8 % azalaraq 93,45 milyon manata, balans kapitalı isə 5,9 % azalaraq 15,67 milyon manata düşüb.

Xatırladaq ki, “Prokon”2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkətin səhmlərinin 95 %-i “Nobel Energy Limited” MMC-yə, 5 %-isə “Nobel oil İnvestment” MMC-yə məxsusdur.

"Prokon" Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiyası çərçivəsində əsas podratçılarından biri olub.

44 - Tezliklə