Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Energetika
  • 13 dekabr, 2016
  • 13:20
Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 14-də saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

44 - Tezliklə