Gürcüstanda SOCAR-a məxsus YDM-ə basqın edən şəxslər saxlanılıb
Energetika
- 02 iyul, 2019
- 16:14
Gürcüstanın Rustavi şəhərinin 16-cı mikrorayonunda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə (YDM) basqın edən iki şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, saxlanılan şəxslər ötən gecə YDM-ə basqın ediblər.
Basqınçılar YDM əməkdaşına küt alətlə xəsarət yetirərək kassada olan pulları oğurlayıblar.
Maskalı basqınçıların YDM-dən 200 lari pul (71 dollar) oğurladıqları məlum olub. Onların küt alətlə xəsarət yetirdikləri məntəqənin 61 yaşlı əməkdaşı xəstəxanaya çatdırılıb. YDM əməkdaşına klinikada ilkin tibbi yardım göstərilib. O, vəziyyəti sabit olduğundan evə buraxılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açıb.
Son xəbərlər
06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32