Gürcüstan ötən il Azərbaycandan neft və neft yağları idxalını 80 %-ə yaxın artırıb
- 22 yanvar, 2026
- 13:04
Ötən il Gürcüstan Azərbaycandan 118 milyon ABŞ dolları dəyərində 172 min ton neft və neft yağları idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq 79 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 1,36 milyard ABŞ dolları dəyərində 1 milyon 809 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4,2 % və 13 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 478 milyon ABŞ dolları dəyərində 694 min ton, Rumıniyadan 231 milyon ABŞ dolları dəyərində 306 min ton, Bolqarıstandan 193 milyon ABŞ dolları dəyərində 264 min ton, Türkiyədən 108 milyon ABŞ dolları dəyərində 121 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.