Göygölün Çaykənd kəndinə təbii qaz verilib
Energetika
- 27 dekabr, 2018
- 09:56
Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Göygöl rayonunun Çaykənd kəndinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, ümumilikdə 590 fərdi evdən ibarət olan yaşayış məntəqəsinin qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 256 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Son xəbərlər
19:12
Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib - YENİLƏNİB
Digər ölkələr19:05
Foto
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub
Media18:54
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Hadisə18:47
Foto
Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb
Fərdi18:41
Foto
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
İnfrastruktur18:38
Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub
Digər ölkələr18:34
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Maliyyə18:29
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Hadisə18:22
Foto