"Fitch": "CEE ölkələri Azərbaycanla uzunmüddətli qaz müqaviləsində maraqlıdır"

Energetika
  • 01 sentyabr, 2022
  • 12:55
Fitch: CEE ölkələri Azərbaycanla uzunmüddətli qaz müqaviləsində maraqlıdır

Rusiya qazının Avropaya tədarükünün daha da azaldılması və alternativ mənbələr axtarışı Mərkəzi və Şərqi Avropa (CEE) ölkələrini təzyiq altında saxlamaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu ilin iyun ayında agentliyin “Qaz Reytinqinin CEE Suverenlərinə Təsiri” adlı təhlili dərc edildikdən bəri enerji təchizatı məsələsi bəzi reytinqlərə təsir edərək onları daha da kritik hala gətirib. Bölgə üçün əsas problem ortamüddətli perspektivdə sabit, daha az xərc tələb edən təchizatı təmin etməkdir.

"Son aylarda CEE ölkələri ABŞ, Norveç və Qətərdən qısamüddətli LNG tədarükü üçün tədarük sövdələşmələri imzalayıblar, Azərbaycan kimi ölkələrlə uzunmüddətli müqavilələrdə maraqlı olduqlarını bildiriblər.

Slovakiya, Çexiya və Macarıstan üçün əlavə infrastrukturun və maliyyə mənbələrinin potensial xərcləri də daxil olmaqla, uzunmüddətli alternativlər ətrafında hələ də əhəmiyyətli qeyri-müəyyənliklər var.

Avropada təbii qazın qiymətləri artıb (son 12 ayda 15 dəfəyə yaxın) və bu, son onilliklərdə bənzəri olmayan tendensiyadır.

Qaz təchizatının tam dayandırılması iqtisadi artımla bağlı riskləri gücləndirəcək, regionun dövlət və xarici maliyyəsini zəiflədəcək.

Ən həssas hesab etdiyimiz üç ölkədən Slovakiya (A) və Çexiya (AA-) indi "Mənfi" proqnozdadır. Macarıstanın (BBB) "Stabil" proqnozu, ölkənin aşağı reytinqli risklərini və Avropa İttifaqından maliyyələşməsi ilə bağlı gözləntinin yaxşılaşmasını əks etdirir", - deyə "Fitch" bəyan edib.