“ExxonMobil” I rübdə mənfəətini artırıb
Energetika
- 28 aprel, 2018
- 12:05
Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın “ExxonMobil” şirkəti bu ilin I rübündə 68,21 mlrd. dollar gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin rüblük hesabatında qeyd olunub.
Şirkətin bu ilin I rübündə əldə etdiyi gəlirin həcmi ötən ildən 16,3% çoxdur.
“ExxonMobil”in ilin üç ayında xalis mənfəəti də 16% artaraq 4,65 mlrd. dollar olub.
Qeyd edək ki, "ExxonMobil" Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə layihədə 6,79% paya malikdir. Bundan başqa, şirkətin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində də payı var. “ExxonMobil” 2017-ci ilin IV rübündə CIECO şirkətinin (Yaponiyanın “Itochu” şirkətinin Londondakı törəməsi) BTC-dəki 2,50% payını alaraq BTC-nin səhmdarları arasına qoşulub.
Son xəbərlər
01:55
"DTEK Naftoqaz" Rusiyanın hücumlarından sonra qaz hasilatını qismən dayandırıb
Digər ölkələr01:25
Litvada qasırğa səbəbindən yüz minlərlə insan işıqsız qalıb
Digər ölkələr00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21
İran istənilən neft ixrac marşrutuna hücuma hazır olduğunu bildirib
Region23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Digər ölkələr22:39