“Equinor” bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir

Energetika
  • 03 iyun, 2022
  • 10:32
“Equinor” bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığı nəzərdən keçirir

“Norveçin “Equinor” şirkətinin nümayəndələri sabah Şuşaya səfər edəcəklər. İşğaldan azad edilmiş ərazidlərdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial müzakirə olunacaq”.

Bunu “Report”a açıqlamasında “Equinor” şirkətinin Azərbaycan üzrə yeni meneceri Stiq Alland (Stig Aatland) Bakı Enerji Forumunda bildirib.

O, səfərin Dövlət Neft Şirkəti (SOCAR) və hökumət nümayəndələri ilə birgə baş tutacağını deyib.

“Müvafiq layihələr tapmaq üçün SOCAR, hökumət nümayəndələri və digər investorlarla birlikdə işləməliyik”, - Stiq Alland bildirib. 

“Equinor” rəsmisi əlavə edib ki, şirkətin biznes planlarına uyğun layihələrdə iştirak edəcəklər. Bununla yanaşı, S.Alland təkcə bərpa olunan enerji mənbələri sahəsində deyil, biznesin digər mümkün istiqamətlərində də Azərbaycanla müzakirələr aparıldığını deyib.