Energetika naziri nazirlikdə vətəndaşları qəbul edib

Energetika
  • 17 aprel, 2023
  • 13:34
Energetika naziri nazirlikdə vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul zamanı elektrik enerjisi və təbii qaz təchizatı ilə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2023-cü il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə də Nazirliyə ünvanlaya bilərlər.