Elnur Soltanov: "Enerji sisteminin əsas problemlərindən biri məhdud interkonneksiyalardır"
- 02 iyun, 2026
- 17:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın enerji sisteminin əsas problemlərindən biri məhdud interkonneksiyalardır.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, söhbət beynəlxalq enerji şəbəkələri ilə məhdud əlaqələrdən gedir: "Ölkənin enerji sistemi həm ölçü baxımından nisbətən kiçikdir, həm də qonşu ölkələrin enerji sistemləri ilə genişmiqyaslı inteqrasiyaya malik deyil. Əgər enerji sistemi böyük deyilsə, onun digər sistemlərlə güclü əlaqələri olmalıdır. Bu halda artıq enerjini ixrac etmək, çatışmazlıq zamanı isə idxal etmək mümkündür. Azərbaycanda bu imkanlar hələ məhduddur. Enerji interkonnektorlarının inkişafı bu problemin həllində mühüm rol oynayacaq".