EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Energetika
  • 11 yanvar, 2023
  • 05:59
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 660 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının yanvar sayına istinadən xəbər verir.

Gələn il üçün verilən neft hasilatı üzrə proqnoz 2023-cü ilin proqnozu ilə müqayisədə 10 min barel və ya 1,54 % çoxdur.

2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 660 min barel olacağı gözlənilir. Bu rəqəm 2023-cü ilin birinci rübü üçün verilən proqnozdan 10 min barel və ya 1,49 % azdır.

2024-cü ilin ikinci rübündə də Azərbaycanda gündəlik neft hasilatı 660 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, 2023-cü ilin ikinci rübünün proqnozu ilə müqayisədə 10 min barel və 1,54 % çoxdur.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 660 min barel olacaq. Bu həcmlər 2023-cü ilin üçüncü rübünün proqnozu ilə müqayisədə 20 min barel və 3,12 % çoxdur.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 670 min barel olacağı açıqlanıb. Bu rəqəm 2023-cü ilin dördüncü rübünün proqnozu ilə müqayisədə 20 min barel və 3,08 % çoxdur.

44 - Tezliklə