EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Energetika
  • 08 fevral, 2023
  • 05:26
EIA gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2024-cü ildə Azərbaycanda orta gündəlik neft hasilatı 660 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının fevral sayına istinadən xəbər verir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir.

2024-cü ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 660 min barel olacağı gözlənilir. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-ci ilin birinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,49 % azdır.

2024-cü ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 660 min barel olacağı gözlənilir. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-ci ilin ikinci rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 10 min barel və ya 1,54 % çoxdur.

Agentlik hesab edir ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 660 min barel olacaq. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-ci ilin üçüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,12 % çoxdur.

2024-cü ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 670 min barel olacağı açıqlanıb. Bu, daha öncə yanvar ayında verilən proqnozla müqayisədə eynidir. Bu proqnoz 2023-ci ilin dördüncü rübünün gündəlik neft hasilatı göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3,08 % çoxdur.