EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib
- 10 noyabr, 2026
- 21:08
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-ci il üçün orta gündəlik neft hasilatını dəyişməyərək 530 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
Belə ki, 2027-ci il üçün qurumun neft hasilatı ilə bağlı açıqladığı okyabr proqnozu 530 min barel səviyyəsində olub.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 540 min barel olacağı gözlənilir ki, bu da oktyabr ayında verilən proqnozla müqayisədə eynidir.
2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 530 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik, həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 520 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə sabit saxlanılıb.