Neft 1%-dən çox bahalaşıb
- 07 aprel, 2022
- 06:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bazarda təklifin azalması ilə bağlı narahatlıqlar fonunda dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 1,37% bahalaşaraq, 1 bareli 102,45 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 1,14% artaraq, 1 bareli 97,41 ABŞ dolları təşkil edib.
İnvestorlar Beynəlxalq Enerji Agentliyinin (BEA) son xəbərdarlığını qiymətləndirirlər. Belə ki, BEA Rusiya neftindən imtina ediləcəyi təqdirdə dünya bazarlarında gündəlik 3 milyon barel neft çatışmazlığının baş verəcəyini açıqlayıb. Narahatlıqları dərinləşdirən məqam bu bayanatın ABŞ və BEA ölkələrinin bazara 240 milyon barel neft çıxarmaq planları haqqında xəbərlərdən sonra edilməsidir.
Analitiklər hesab edirlər ki, Rusiya neftinin tədarükünə tətbiq edilən məhdudiyyətlər genişləndiyi bir zamanda İran neftinin bu boşluğu doldurmaq ehtimalı azalır.