Dünya Bankı və ADB: "Azərbaycanda iqlimin dəyişməsi enerji sahəsinə təsir edəcək"
- 27 sentyabr, 2021
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan iqlim dəyişikliyinə qarşı daha dayanıqlı olmaq üçün uzunmüddətli inkişaf planlarında karbon tullantılarının azaldılmasını nəzərdə tutur.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının (ADB) “İqlim risklərilə qarşılaşan ölkələrin icmalı” (Climate Risk Country Profiles) adlı müştərək hesabatında bildirilir.
Aparılan tədqiqatlara görə, hava hərarətinin orta hesabla 1 dərəcə artması elektrik enerjisinə olan tələbatı 0,5-8,5 % artması deməkdir:
“Tələbin belə artımı enerji istehsalı sistemlərinin yükləyir. Bu da onun soyutmaya olan şəxsi tələbləri ilə əlaqədar olaraq enerji istehsalı sisteminin özünə istilik gərginliyi yaradır ki, bu da effektivliyi azaldır..
Azərbaycanda soyutma dərəcə günlərinin sayı (soyutma sistemlərinə ehtiyac yarandıqda) 2090-cı illərədək xeyli artacaq. Azərbaycan enerji sektorunun yüksək hərarətə qarşı həssaslığı 2018-ci ilin anomal istiləri zamanı elektrik enerjisinin verilişinin kəsilməsi bir daha üzə çıxıb”.
Hesabata görə, Azərbaycanda enerji istehsalının əksəriyyəti yeraltı yanacaq hesabınadır, su mənbələri hesabına istehsal olunan elektrik enerjinin payı 2010-cu ildəki 18 %-ə qarşı 2016-cı ildə 8 %-ədək azalıb.
“Qarşıdakı onillərə yağıntı proqnozları o qədər də nikbinlik yaratmasa da, buzlaqların sürətlə əriməsi, buxarlanmanın artması bu halda Azərbaycanın enerji istehsal etmək qabiliyyətinə xələl gətirə bilər. Ölkədə artıq iqlim dəyişikliyinə daha dayanıqlı olmaq üçün uzunmüddətli inkişaf planlarında karbon tullantılarının azaldılmasını nəzərdə tutulur”, – deyə sənəddə qeyd olunur.
Hesabata görə, Azərbaycanda hava hərarətinin artım sürəti karbon tullantılarının yüksək həcmi qalarsa, dünya boyu orta rəqəmlərdən daha yüksək olaraq 2090-cı illərədək 2005-ci il səviyyəsinə nisbətən 4,7 dərəcə, o cümlədən iyul – sentyabr dövrünün orta hərarəti 6 dərəcəyədək arta bilər.
Qeyd edək ki, Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 109,7 milyon kVt/st artaraq 18 milyard 612,4 milyon kVt/st olub. Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 994,2 milyon kVt/st artaraq 17 milyard 409,7 milyon kVt/st, Su Elektrik Stansiyalarında (SES) 120,3 milyon kVt/st artaraq 966,9 milyon kVt/st, digər mənbələr (Kiçik Su Elektrik Stansiyaları (KES), Günəş Elektrik Stansiyaları (GES) və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ)) üzrə isə 4,8 milyon kVt/st azalaraq 235,8 milyon kVt/st olub.