​Dünya Bankı: Gələn il neftin orta qiyməti 57 dollar/barel olacaq

Energetika
  • 01 aprel, 2015
  • 11:43
​Dünya Bankı: Gələn il neftin orta qiyməti 57 dollar/barel olacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Dünya Bankı (DB) 2015-ci ildə neftin barelinin orta illik qiymətinin 53 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə DB-nın Rusiya iqtisadiyyatı ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Bank ekspertləri ehtimal edirlər ki, 2016-cı ildə neftin orta qiyməti 57 dollar olacaq. DB hesab edir ki, Avropanın etalon təbii qazının qiyməti 15% ucuzlaşacaq.