Dünya Bankı: 2019-cu ildə neftin orta qiyməti 74 dollar/barel olacaq

Energetika
  • 31 oktyabr, 2018
  • 13:35
Dünya Bankı: 2019-cu ildə neftin orta qiyməti 74 dollar/barel olacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Gələn il dünya bazarında neftin orta qiymətinin 74 dollar/barel olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının oktyabr ayında dərc olunan “Əmtəə Bazarları proqnozu”nda qeyd edilib.

“2019-cu ildə dünya bazarında neftin orta qiymətinin bu ilin proqnozu olan 72 dollar/bareldən artaraq 74 dollar/barelə çatacağı gözlənilir.

Hesabatda bildirilir ki, ABŞ-ın neft hasilatının daha da artacağı, İran və Venesuelada isə azalacağı gözlənilir. Dünya Bankı qlobal tələbatın isə sabit olacağını proqnozlaşdırır.

44 - Tezliklə