Donald Tramp: "Suriyada yalnız neft yataqlarına nəzarət etmək üçün lazımi sayda qüvvə qalıb"
Energetika
- 11 yanvar, 2020
- 08:03
ABŞ Suriyanın şimal-şərq bölgəsində hazırda nəzarət etdikləri neft yataqlarından əlavə başqa neft yataqlarını da ələ keçirə bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuata müsahibəsində bildirib.
Dövlət başçısı həmçinin neft yataqlarına nəzarəti əldən vermədən amerikalı hərbçiləri Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” əməliyyatı bölgəsindən çıxarmağı da özünün məharəti kimi qələmə verib: “Mən Suriyada hərbi qüvvələri neft yataqlarına nəzarət etmək üçün saxlamışam. Orada yalnız neft yataqlarını qorumaq üçün lazımi sayda qüvvə qalıb”.
Həmin neft yataqlarını ələ keçirmələri ehtimalı barədə suala cavab verən Ağ Ev başçısı “bilmirəm, bəlkə də, onu götürməliyik” şəklində fikir bildirib.
Son xəbərlər
03:45
Əhməd Əl Şaraa: Suriya və Rusiya hərbi bazaların taleyini müzakirə edir
Digər ölkələr03:15
İrandan Kiyevə mesaj: Hücumlar cavabsız qalmayacaq
Region02:39
Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Region02:10
Venesuelada hava limanına ildırım düşüb, doqquz nəfər xəsarət alıb
Digər ölkələr01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01