Daha bir ölkədən Azərbaycana elektrik sayğacı tədarükünə başlanılıb
- 29 dekabr, 2022
- 09:57
2022-ci ilin ilk 10 ayında Azərbaycana xaricdən 6,622 milyon ABŞ dolları dəyərində 209 min 800 ədəd elektrik enerjisi sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 28 % azdır.
Hesabat dövründə Çindən 4,813 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50,5 % azdır) 92 min 004 ədəd (-32 %), Türkiyədən 1,686 milyon ABŞ dolları dəyərində (+13 %) 117 min 461 ədəd (-25 %), Fransadan 65,21 min ABŞ dolları dəyərində (+325 dəfə) 10 ədəd (+5 dəfə), Rusiyadan 43,5 min ABŞ dolları dəyərində (-25 %) 160 ədəd (-67 %), Almaniyadan 4,68 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 14 ədəd (-63 %) cihaz idxal edilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyadan tədarük həyata keçirilib. Həmin ölkədən 1,9 min ABŞ dolları dəyərində 1 ədəd sayğac alınıb.