Daha bir ölkə Azərbaycandan maye sayğacları idxal etməyə başlayıb
- 23 dekabr, 2022
- 10:45
Bu ilin ilk 10 ayında Azərbaycan 128,83 min ABŞ dolları dəyərində 452 ədəd maye sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33 % çoxdur, kəmiyyət olaraq – 37 % azdır.
Türkiyədən 62,41 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 229 ədəd (+20 %), Rusiyadan 41,98 min ABŞ dolları dəyərində (+74,2 %) 6 ədəd (-25 %), Amerika Birləşmiş Ştatlarından 11,67 min ABŞ dolları dəyərində (+12 dəfə) 6 ədəd (+6 dəfə), Almaniyadan 5 min ABŞ dolları dəyərində (+6 %) 71 ədəd (+6,5 dəfə), Çindən 3,18 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 72 ədəd (+16 %) cihaz gətirilib.
Hesabat dövründə Azərbaycan 469,1 min ABŞ dolları dəyərində (+12,2 %) 36 min 378 ədəd (+13,5 %) maye sayğacı ixrac edib.
Qazaxıstana 255,79 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 20 min 432 ədəd (+2 dəfə), Gürcüstana 180,88 min ABŞ dolları dəyərində (-13,8 %) 13 min 295 ədəd (-40,5 %), Özbəkistana 32,4 min ABŞ dolları dəyərində 3 min ədəd və Rusiyaya 0,02 min ABŞ dolları dəyərində (-99,9 %) 1 ədəd (-83,3 %) sayğac satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.