Daha 70 min ton Azərbaycan nefti Ukraynaya çatdırılıb
Energetika
- 06 avqust, 2019
- 10:07
Ukraynanın “Ukrtatnafta” şirkətinin Kremençuq neft emalı zavodu üçün nəzərdə tutulmuş 70 min ton Azərbaycan neftini daşıyan “Gstaad Grace” tankeri Odessa limanında boşaldılmanı başa çatdırıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, gəmi Odessaya avqustun əvvəllərində Gürcüstanın Supsa limanından yola salınıb.
“MarineTraffic” portalının məlumatına əsasən, bu gün səhər gəmi Odessa limanın tərk edib.
Xatırladaq ki, 2016-cı ilin sonunda “Ukrtatnafta” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq neft emalı zavodunda emal edilməsi üçün illik 1,3 mln. ton Azərbaycan neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. 2017-ci ildə tədarük edilən neftin həcmi 950 min ton, 2018-ci ildə isə 670 min ton təşkil edib.
Son xəbərlər
11:57
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
Fərdi11:55
ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir
Hadisə11:55
Maqsud Adıgözəlov: "Barselona" və "Borussiya" kimi klubları Bakıda qarşılamaq bizi qürurlandırır" - MÜSAHİBƏ
Futbol11:55
İan Tayler BP-nin Direktorlar Şurasının sədri təyin edilib
Energetika11:54
Lənkəranda fermerler üçün heyvan xəstəlikləri ilə mübarizə mövzusunda təlim keçirilib
ASK11:50
İran ABŞ-nin İordaniyadakı "Şahzadə Həsən" aviabazasına zərbə endirib
Digər ölkələr11:50
TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
Sağlamlıq11:45
Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır
Sağlamlıq11:42