Çində neft idxalı son 3 ilin minimum həddinə düşüb
Energetika
- 08 noyabr, 2021
- 09:05
Bu ilin oktyabr ayında Çin 37,8 milyon ton və ya gündəlik 8,9 milyon barel neft idxal edib. Bu, 2018-ci ilin sentyabr ayından sonra ən aşağı göstəricidir.
“Report” xəbər verir ki, bu barədə Çinin gömrük statistikası məlumatlarında qeyd olunur.
İlin 10 ayı ərzində Çin 425 milyon ton neft idxal edib, bu isə illik ifadədə 7,2% azdır. İdxalın azalması dünya bazarlarında neft qiymətlərinin bahalaşması ilə əlaqələndirilir.
Çinin oktyabr ayında neft məhsulları ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 3,95 milyon tonadək, və ya 31,8% azalıb. Təbii qaz idxalı 9,38 milyon ton təşkil edib, bu isə 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 24,6% çoxdur.
Son xəbərlər
08:52
Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb
Digər ölkələr08:37
"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
Digər ölkələr08:16
Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb
Region07:57
UKMTO: Hörmüz boğazında tanker mərmi ilə vurulub
Digər ölkələr07:46
Kaliforniyada salmonella epidemiyası qeydə alınıb
Digər ölkələr07:17
Bəhreyn nazirlərin Hörmüz boğazı ilə bağlı görüşündə iştirakdan imtina edib
Digər ölkələr06:41
Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Digər ölkələr06:13
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Sağlamlıq05:39