Cənubi Qafqaz Boru Kəmərinin xərcləri I rübdə azalıb

Energetika
  • 10 may, 2024
  • 10:40
Cənubi Qafqaz Boru Kəmərinin xərcləri I rübdə azalıb

Bu ilin yanvar-mart aylarında Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 17,3 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin I rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon ABŞ dolları və ya 13,5 % azdır.

Bu ilin birinci rübündə boru kəmərinin əsaslı xərcləri 1,2 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 0,8 milyon ABŞ dolları və ya 40 % azdır.

CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü il ərzində 0,1 milyon kubmetr (0,16 %) artaraq 61,7 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-in genişləndirlməsi çərçivəsində isə kommersiya qaz həcmlərinin Türkiyəyə tədarükünə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.