Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə istismar qaynaqları tamamlanıb
- 17 may, 2018
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 may. REPORT.AZ/ 2018-ci ilin I rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin I rübün nəticələri ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bildirilib ki, bütün xətt boyunca əsas kəmər istismar qaynaqlarının hamısı tamamlanıb, kəmərin tam hazır olması üçün yalnız birləşmə qaynaqları qalır. Gürcüstandakı 1-ci kompressor stansiyasına artıq karbohidrogen daxil edilib və əməliyyatlara hazırdır. Türkiyəyə ilk kommersiya çatdırmaları üçün lazım olan bütün infrastruktur artıq tamamlanıb. 2-ci kompressor stansiyasında istismar sınaqları başlanıb və işlər qrafik üzrə irəliləyir.