Cənubi Qafqaz Boru Kəməri üzrə I rübdə əsaslı xərclər 5 dəfə artıb

Energetika
  • 01 may, 2025
  • 14:21
Cənubi Qafqaz Boru Kəməri üzrə I rübdə əsaslı xərclər 5 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 18 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından yaydığı hesabatda qeyd edilib.

Bu, 2024-cü ilin birinci rübünün nəticələri ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 4,05 % çoxdur.

Boru kəmərinin əsaslı xərcləri 6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci rübünün göstəricisi ilə müqayisədə 4,8 milyon ABŞ dolları və ya 5 dəfə çoxdur.

Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon kubmetr və ya 1,4 % azdır.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBK-nın genişləndirilməsi üzrə isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.

44 - Tezliklə