CAR Azərbaycana sürtkü yağlarının ixracını bərpa edib

Energetika
  • 02 avqust, 2022
  • 13:38
CAR Azərbaycana sürtkü yağlarının ixracını bərpa edib

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 13,466 milyon ABŞ dolları dəyərində 12 min 304 ton sürtkü yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,3 % çoxdur, kəmiyyət olaraq – 16 % azdır.

Türkiyəyə 8,757 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 80 % artıb) 8 min 797 ton (+14 %), İraqa 1,055 milyon ABŞ dolları dəyərində (+3,1 dəfə) 725,82 ton (+2,3 dəfə), Ukraynaya 1,003 milyon ABŞ dolları dəyərində (-66,6 %) 879,36 ton (-80,2 %), Moldovaya 615,54 min ABŞ dolları dəyərində (+62,3 %) 474,2 ton (+48 %), İtaliyaya 609,96 min ABŞ dolları dəyərində 461 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana xaricdən 46,718 milyon ABŞ dolları dəyərində 25 min 091 ton sürtkü yağı gətirilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 48 % və 62,4 % çoxdur.

Türkiyədən 12,956 milyon ABŞ dolları dəyərində (+76 %) 5 min 223 ton (+52,1 %), Rusiyadan 9,184 milyon ABŞ dolları dəyərində (+35,3 %) 8 min 164 ton (+60,8 %), Almaniyadan 7,745 milyon ABŞ dolları dəyərində (+13,1 %) 2 min 153 ton (+6 %), Türkmənistandan 3,968 milyon ABŞ dolları dəyərində (+22 dəfə) 4 min 998 ton (+26 dəfə), Belçikadan 2,159 milyon ABŞ dolları dəyərində (+17 %) 676,79 ton (+14 %) məhsul alınıb.

Yeddi il 2 aylıq fasilənin ardından Cənubi Afrika Respublikasından (CAR) tədarük bərpa edilib. Bu ölkədən 1,26 min ABŞ dolları dəyərində 0,05 ton sürtkü yağı idxal edilib.