Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 % artıb

Energetika
  • 21 sentyabr, 2023
  • 14:01
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 % artıb

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 152,59 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 8 ayı ilə müqayisədə 8,515 milyon barel və yaxud 5,9 % çoxdur.

Bu ilin avqust ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,181 milyon barel neft nəql edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 740 min barel və yaxud 4,01 % çoxdur.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.