Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 3 % azalıb
- 25 iyun, 2024
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 91,236 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin 5 ayı ilə müqayisədə 2,879 milyon barel və yaxud 3,06 % azdır.
Bu ilin may ayında isə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 18,089 milyon barel neft nəql edilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,885 milyon barel və yaxud 9,44 % azdır.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.