Bu il İtaliya Azərbaycan qazının idxalına 2 milyard avrodan çox vəsait xərcləyib

Energetika
  • 04 noyabr, 2024
  • 08:54
Bu il İtaliya Azərbaycan qazının idxalına 2 milyard avrodan çox vəsait xərcləyib

Bu ilin yanvar-avqust aylarında İtaliya 254,302 min teracoul (TJ) Azərbaycan qazı idxal edib.

“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin ötən ilin 8 ayının göstəricisindən 5,6 % çoxdur.

Hesabat dövründə İtaliya 2 milyard 180,519 milyon avro məbləğində (1,5 dəfə az) təbii qaz idxal edib.

Bu dövrdə Azərbaycan qazının Avropa İttifaqına (Aİ) idxalının ümumi həcmində İtaliyanın payı 77 % təşkil edib.

Avqust ayında İtaliyaya 223,89 milyon avro dəyərində (11,2 % az) 24,921 min TJ (17,9 % az) qaz tədarük edilib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 330,264 min TJ həcmində (2,4 % çox) qaz idxal edib və bunun dəyəri 2 milyard 768,721 milyon avro (ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə az) təşkil edib. Azərbaycanın Avropanın 8 ölkəsi: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya ilə qaz təchizatı üzrə müqaviləsi var.

2024-cü ildə Azərbaycan qazının ixracı 25 milyard kubmetr həcmində proqnozlaşdırılır, Avropaya 12,5 milyard kubmetr həcmində tədarük planlaşdırılır.