Bu il Azərbaycanın İspaniyaya satdığı neftdən qazancı 51 % artıb
- 16 avqust, 2023
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İspaniyaya 1 milyon 024 min 351,02 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 644 milyon 665,26 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 82,9 %, dəyəri isə 51,3 dəfə çoxdur.
Azərbaycandan İspaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,59 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 milyon 540 min 323,64 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 444 milyon 800,48 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.