Bu il Azərbaycandan Almaniyaya neft ixracı 63 % artıb

Energetika
  • 20 iyun, 2023
  • 10:16
Bu il Azərbaycandan Almaniyaya neft ixracı 63 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Almaniyaya 572 min 190,47 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 354 milyon 363,11 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 63 %, dəyəri isə 37,1 % çoxdur.

Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,87 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

Bu ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.