Bu il Azərbaycan təbii qaz ixracını 62 %-ə yaxın artırıb
- 16 aprel, 2024
- 10:55
Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 432 milyon 908,72 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 752 milyon 107,96 min ABŞ dolları təşkil edib.
İxrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 61,54 % çox, dəyəri isə 25,34 % azdır.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,28 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.