Bu il Azərbaycan təbii qaz ixracını 46 %-dən çox azaldıb

Energetika
  • 14 aprel, 2023
  • 12:57
Bu il Azərbaycan təbii qaz ixracını 46 %-dən çox azaldıb

Bu ilin yanvar-mart ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 053 milyon 669,1 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 346 milyon 973,45 min ABŞ dolları təşkil edib.

I rübdə ixrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,3 %, dəyəri isə 32,3 % azdır.

Təbii qazın Azərbaycanın ümumi ixracında payı 30,32 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.