Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfə artırıb

Energetika
  • 16 noyabr, 2022
  • 13:49
Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfə artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 379 milyon 849,22 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin 10 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 14 milyard 653 milyon 418,68 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin 10 ayından 23,13 %, dəyəri isə 4,96 dəfə çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,2 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.