Bu il Azərbaycan təbii qaz ixracından qazancını 4 dəfə artırıb

Energetika
  • 18 aprel, 2022
  • 06:49
Bu il Azərbaycan təbii qaz ixracından qazancını 4 dəfə artırıb

Bu ilin yanvar-mart ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyard 686 milyon 818,66 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, bu ilin üç ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 463 milyon 858,64 min ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin yanvar-mart aylarındakı dövründən 7,8 % az, dəyəri isə 4 dəfə çoxdur.

Bu ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 43,4 % olub.