Dövlət Sosial Müdafiə Fondu auditor seçir

Maliyyə
  • 03 oktyabr, 2026
  • 10:30
Dövlət Sosial Müdafiə Fondu auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2026-cı il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 22-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin qalibi oktyabrın 22-də, saat 17:00-da portalda açıqlanacaq.

Ötən il DSMF-yə bu xidmətləri "Baker Tilly Audit Azərbaycan" QSC göstərib. Ona 198 min manat ödənilib