Bu il Azərbaycan təbii qaz ixracından qazancını 30 %-dək artırıb
- 18 may, 2023
- 05:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyard 513 milyon 694,62 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 418 milyon 534,55 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk dörd ayındakı dövründən 9,95 % az, dəyəri isə 29,7 % çoxdur.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 43,06 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.