Bu il Azərbaycan təbii qaz ixracından qazancını 3 dəfədən çox artırıb
- 16 dekabr, 2022
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 647 milyon 569 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin 11 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 14 milyard 807 milyon 620,51 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,14 %, dəyəri isə 3,3 dəfə çoxdur.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,75 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.