Bu il Azərbaycan neft ixracından gəlirini 53 % artırıb
- 16 noyabr, 2022
- 13:39
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 682 min 798,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 17 milyard 179 milyon 696,55 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 10 ayın göstəriciləri ilə müqayisədə 4,7 % az, dəyəri isə 53,1 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 49,49 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.