Bu il Azərbaycan neft ixracından gəlirini 10 %-dən çox artırıb

Energetika
  • 16 mart, 2023
  • 12:22
Bu il Azərbaycan neft ixracından gəlirini 10 %-dən çox artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 5,6 % , dəyəri isə 10,4 % çoxdur.

Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 71,91 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.