Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 28 oktyabr, 2024
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 28-də qaz tədarükü üçün 367 milyon 001 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 4,3 % azdır.
Kipoi çıxış nöqtəsindən oktyabrın 29-dan noyabrın 3-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 22-i və 23-nə olan sifariş həcmi ilə müqayisədə 11,07 % azdır. Oktyabrın 24-nə olan göstəriciləri ilə müqayisədə 7,08 % azdır.
Oktyabrın 25-i və 27-nə olan göstəriciləri ilə müqayisədə 7,08 %, oktyabrın 26-na olan göstəriciləri ilə müqayisədə isə 10,2 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 28-dən noyabrın 3-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb. Bu, ötən həftənin, şənbə günü istisna olmaqla, göstəriciləri ilə eynidir. Oktyabrın 26-na olan göstərici ilə müqayisədə isə 4 % azalma qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 28-dən 31-dək qaz tədarükü üçün 43 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 21-dən 24-dək olan göstəricilərlə müqayisədə eynidir. Bu çıxış nöqtəsindən noyabrın 1-dən 3-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Oktyabrın 25-i və 27-nə olan göstəricilərlə müqayisədə isə 30 % azalma qeydə alınıb. Oktyabrın 26-na olan göstərici ilə müqayisədə isə 32,8 % azalma qeydə alınıb.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 28-dən oktyabrın 31-nə kimi hər gün üçün 321 milyon 476 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,07 % azdır. Oktyabrın 29-dən 31-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 22-i və 23-nə olan sifariş həcmləri ilə müqayisədə 16,3 % azdır. Bu həcmlər oktyabrın 24-nə olan sifariş həcmləri ilə müqayisədə 12,5 % azdır.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 1-dən 3-nə kimi 286 milyon 999 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 25-nə olan sifariş həcmi ilə müqayisədə 7,6 %, oktyabrın 26-ı və 27-nə olan sifariş həcmləri ilə müqayisədə isə 11,1 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.