Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 18 noyabr, 2024
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 18-də qaz tədarükü üçün 381 milyon 221 min 292 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,58 % azdır.
Kipoi çıxış nöqtəsindən noyabrın 19-dan 24-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 12-nə və 15-nə olan sifariş həcmi ilə müqayisədə 9,8 % azdır. Noyabrın 13-nə və 14-nə olan göstəriciləri ilə müqayisədə 5,66 % azdır. Noyabrın 16-nə və 17-nə olan sifariş həcmi ilə müqayisədə isə 9,2 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 18-dən 24-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 419 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 18-də qaz tədarükü üçün 33 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə eynidir.
Bu çıxış nöqtəsindən noyabrın 18-də qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, noyabrın 12-nə və 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə eynidir. Noyabrın 14-dən 17-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə 9 % azdır.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 18-də 321 milyon 740 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,48 % çoxdur.
Noyabrın 19-dan 24-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 12-nə və 15-nə olan sifariş həcmi ilə müqayisədə 10,8 % azdır.
Bu həcmlər noyabrın 13-na və 14-nə olan sifariş həcmləri ilə müqayisədə 5,93 % azdır. Noyabrın 16-na və 17-na kimi olan sifariş həcmi ilə müqayisədə isə təxminən 10,4 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.