Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
- 21 oktyabr, 2024
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 21-də qaz tədarükü üçün 383 milyon 473 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,41 % azdır.
Kipoi çıxış nöqtəsindən oktyabrın 22-dən 27-dək, yalnız oktyabrın 26-ı istisna olmaqla, qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu, oktyabrın 15-nə olan sifariş həcmi ilə müqayisədə 9,22 % çoxdur.
Bu, oktyabrın 16-dan 20-nə olan göstəriciləri ilə müqayisədə 11,08 % azdır.
Oktyabrın 26-da Kipoi çıxış nöqtəsindən 355 milyon 220 min 025 kVt/saat həcmində sifariş alınıb ki, bu da oktyabrın 19-na olan göstərici ilə müqayisədə 7,38 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək (oktyabrın 26-ı istisna olmaqla) hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Təkcə oktyabrın 26-da bu çıxış nöqtəsindən 29 milyon 869 min 184 kVt/saat həcmində sifariş alınıb ki, bu da oktyabrın 19-na olan göstərici ilə müqayisədə 4,17 % çoxdur.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək (oktyabrın 26-ı istisna olmaqla) qaz tədarükü üçün 43 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bütün günlərinin göstəricisi ilə müqayisədə eynidir.
Təkcə oktyabrın 26-da bu çıxış nöqtəsindən 45 milyon 152 min 396 kVt/saat həcmində sifariş alınıb ki, bu da bir həftə əvvəlin eyni gününün göstəricisi ilə müqayisədə 4,17 % çoxdur.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktybarın 21-də 324 milyon 956 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 1,53 % azdır.
Oktyabrın 22-dən 27-dək isə bu çıxış nöqtəsindən 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 15-nə olan sifariş həcmi ilə müqayisədə 15,06 %, oktyabrın 16-na nisbətən 17,1 %, oktyabrın 17-i və 18-i ilə müqayisədə 17,5 %, oktyabrın 19-u və 20-i ilə müqayisədə isə 15,52 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.